- Baxış sayı: 8
- 30 Mart 2026 11:12
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Sumqayıt”ın gənc futbolçusu Rüfət Abdullazadə Polşa klublarının maraq dairəsinə düşüb.
Allsport.az saytı xəbər verir ki, ekstraklassanın 2 təmsilçisi – “Qurnik” və “Legia” klubları onu transfer etmək istəyir. Adı çəkilən komandalar həmyerlimizin “kimyaçılar”la müqaviləsinin başa çatmasını gözləyirlər.
21 yarımmüdafiəçinin anlaşması gələn ilin yayında başa çatacaq.