- Baxış sayı: 31
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 32
- Noyabr 26, 2024
- 0
“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov premyer liqanın 20-ci turunda yubiley qeyd edib. Allsport.az saytı xəbər verir ki, müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 250-ci matçını keçirib. Bu müddətdə 7 qol vuran futbolçunun yubileyi “Zirə”ylə səfər matçında 0:1 hesablı məğlubiyyətlə nəticələnib.
Debütü 2005/06 mövsümünə təsadüf edən Hüseynov 12 çempionat ərzində cəmi 3 klubun formasını geyinib. İlk komandası olan “Turan”da 82 oyunda 3 qol vuran müdafiəçi “Qəbələ”də 65 matçda 4 dəfə fərqlənib. İndiki klubunda 103 dəfə meydana çıxan kapitan qol hesabını açmayıb.
Qeyd edək ki, Hüseynov Premyer Liqada 250 və daha çox oyun keçirən 53-cü futbolçu olub. Ötən tur onun komanda yoldaşı Fərhad Vəliyev 250-yə çatmışdı.