- Baxış sayı: 14
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Topaz premyer liqasının 7-ci turunda “Səbail” ilə oyundan sonra istirahətə buraxılan “Sumqayıt” bu gündən etibarən məşqləri bərpa edib. Allsport.az saytı xəbər verir ki, komanda Nazim Süleymanovun rəhbərliyi altında bu gün səhər məşqini keçirib. Zədəli olan Əfran İsmayılov və milli komandalarda olan Bəxtiyar Həsənalızadə, Süleyman Əhmədov, Yusif Nəbiyev və Süleyman Süleymanov hazırlıq prosesində iştirak etməyib.
Rail Məlikov fitness zalında fərdi çalışmalarla kifayətlənib. Elvin Məmmədov isə zədəsini tam sağaldaraq komanda ilə birlikdə məşqlərə başlayıb. Hazırlıq prosesi ərzində müxtəlif toplu çalışmalar edilib. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə müddətində “Sumqayıt” yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunun keçirilmə tarixi və rəqibin kimliyi yaxın günlərdə açıqlanacaq.