- Baxış sayı: 14
- 09 Aprel 2025 11:50
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Səudiyyə Ərəbistanında təşkil olunan Türkiyə super kuboku təxirə salınıb.
Allsport.az xəbər verir ki, “Qalatasaray” və “Fənərbağça” meydana çıxmaqdan imtina edib.
Yerli hökumətin tələblərinə qarşı çıxan komandalar belə qərar çıxarıblar. Ərəblər tribunada Atatürk şəkillərinin , “Yurtta Sülh, Cihanda Sülh”, “Nə mutlu Türküm diyene” şüarlarının paylaşılması və səsləndirilməsini qadağa qoyması Türkiyə tərəfini razı salmayıb.
Hər iki klubun rəhbərliyi TFF prezidenti ilə görüşdən sonra meydana çıxmaqdan imtina ediblər.
Qeyd edək ki, “Qalatasaray” – “Fənərbağça” oyunu saat 21:45-də başlamalı idi.