Superliqanın taleyi bəlli oldu: Madrid klubu rəsmi bəyanat yaydı

“Real Madrid” klubu Avropa superliqasının gələcəyi ilə bağlı UEFA ilə razılığa gəldiyini elan edib.

Allsport.az xəbər verir ki, bununla da, bir neçə gün öncə “Barselona”nın layihəni tərk etməsindən sonra superliqada qalan yeganə klub olan Madrid təmsilçisi qurumla olan hüquqi mübahisələrə son qoymaq niyyətindədir.

“Real Madrid”in yaydığı rəsmi bəyanatda bildirilir ki, tərəflər bir neçə ay davam edən müzakirələrdən sonra Avropa klub futbolunun rifahı naminə prinsipial razılıq əldə ediblər. Razılaşma idman prinsiplərinə riayət olunmasını, klubların uzunmüddətli maliyyə dayanıqlığını və texnologiyalar vasitəsilə azarkeş məmnuniyyətinin artırılmasını nəzərdə tutur.

Qeyd olunub ki, bu razılıq tərəflər arasında superliqa ilə bağlı davam edən məhkəmə çəkişmələrinin tam həlli üçün əsas rolunu oynayacaq.

2021-ci ilin aprelində Avropanın 12 aparıcı klubu superliqanın yaradıldığını elan etsə də, FİFA, UEFA və milli assosiasiyaların sərt tənqidindən sonra əksər klublar layihədən geri çəkilmişdi.

Həmin kateqoriyadan