- Baxış sayı: 50
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bu il Bakı 8-ci dəfə dünyanın ən sürətli yarışından biri olan Formula-1 Azərbaycan qran prisinə ev sahibliyi edir. Allsport.az saytı xəbər verir ki, avtomobil həvəskarlarının həyəcanla gözlədiyi məqamlardan biri pit zolağı gəzintisi saat 16:00-da başlayıb və sürət həvəskarlarına xüsusi anlar bəxş edib. Təxminən 2 saat davam edən gəzinti 3-günlük bilet sahiblərinə dünya şöhrətli sürücülərlə şəkil çəkdirmək imkanı qazandırdı.
Pit zolağında azarkeşlər sevimli komandalarının, xüsusilə “Ferrari”, “Red Bull Racinq” və “Mersedes” kimi nəhənglərin qarajlarını canlı şəkildə izləməklə onların bolidlərinin texniki baxımdan necə hazırlandığını görmək şansı əldə ediblər. Bu gəzinti Formula-1 dünyasının pərdəarxasına nəzər salmaq və yarış atmosferini dərindən hiss etmək üçün əvəzsiz bir fürsət olub.
Azarkeşlər mühərriklərin gurultusu ilə müşayiət olunan bu gəzintidə maşınların performansına və mexaniklərin sürətli iş prosesinə şahid olublar. Yarışın ilk həyəcanını məhz pit zolağında hiss edən avtoidman həvəskarları üçün bu yarış həftəsonu mükəmməl bir başlanğıc olub.