- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Formula1 üzrə Belçika mükafat yarışındandan sonra pilotların yarış cədvəlinə yenə Sebastyan Fettel (220 bal) başçılıq edir. Allsport.az saytı xəbər verir ki, onun dünya çempionatı mərhələlərində cəmdə 4 qələbəsi var (Avstraliya, Bəhreyn, Monako, Macarıstan).
Lüis Həmilton 213 xalla 2-ci, Valtteri Bottas (hər ikisi – “Mersedes”) ) 179 xalla 3-cüdür. Adı ilk çəkilən idmançı bu mövsüm 5 dəfə qalib olub (Çin, İspaniya, Kanada, Böyük Briyaniya, Macarıstan). O, cari rəqabətdə ilk dəfə “Günün sürücüsü” seçilib.
“Mersedes”in finlandiyalı üzvü 2 dəfə fərqlənib (Rusiya, Avstriya). Azərbaycan qran-prisi yalnız Daniel Rikkardoya (“Red Bull”) düşərli olub.
Mühəndislər kubokunda “Mersedes” komandası yenə hamını qabaqlayır: 392 xal! 2-ci sırada 348 xalla “Ferrari”, 3-cüdə “Red Bull Racing” (199) dayanır.