“Təəssüf ki, 2-ci oyundur 100 faizlik qol imkanlarından istifadə edə bilmədik”

“Turan Tovuz” premyer liqanın 7-ci turunda səfərdə “Sumqayıt” ilə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat kondransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu deyib:

“Sumqayıtda oynamaq həmişə çətindir. İlk 15 dəqiqə rəqib basqılı oynadı. Sevinirəm ki, komanda günü-gündən yüksək tempə uyğunlaşırlar, diqqətli oynayırlar. 15 dəqiqədən sonra oyunda bərabərlik yarada bildik.

Yaxşı hücumlar və yaxşı epizodlarımız oldu. Təəssüf ki, 2-ci oyundur 100 faizlik qol imkanlarından istifadə edə bilmədik. Bunun üzərində çox işləməliyik. Açıq oyun getdi. Bu tempi saxlamalıyıq. Yolumuza davam edəcəyik, uğura inanacağıq.

Futbolçuların 3 oyundur yüksək templə oynamaları məni çox sevindirir. Çatışmazlıqlarımız var. Bunun üzərində çalışacağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən möhtəşəm idilər”.

Həmin kateqoriyadan