“Təəssüf ki, çox ucuz səhv etdik”

“Turan Tovuz” premyer liqanın 2-ci turunda səfərdə “Qarabağ”a 0:3 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov məğlubiyyətə aydınlıq gətirib:

“Bizi çətin oyun gözlədiyini bilirdik. “Qarabağ” ilk oyunda məğlub olmuşdu. Son zamanlar onların ardıcıl 2 oyun uduzduğu yadıma gəlmir. Aqressiv olacaqlarını bilirdik. Heyətdə də dəyişikliklər var idi. Havanın isti olmasına baxmayaraq, 1-ci hissədə tempi saxlaya bildik.

Epizodlarımız da oldu. Təəssüf ki, çox ucuz səhv etdik. İkinci hissədə hesab bizi irəli atılmağa məcbur edirdi. Top itkisindən sonra iki qol buraxdıq. Fərdi ustalıqlar öz sözünü dedi. Biz hələ işin başlanğıcındayıq.

Belə oyunlar bizim üçün vacibdir. İnşallah yeni futbolçularımız daha tez adaptasiya olacaqlar. Daha yaxşı olmağa çalışacağıq”.

Həmin kateqoriyadan