- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Bolqarıstan U-17 oyunundan sonra millimizin baş məşqçisi Təbriz Həsənov fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, 2:0 hesablı qələbədən sonra bunları söyləyib:
“Çətin oyun oldu. Komandamız bu gün daha yaxşı oynadı. Layiqli qəbələ qazandıq. Bu gün komandam istəkli idi. Uşaqlar qalib gəlməyi çox istəyirdilər. Hər top uğrunda mübarizə aparırdılar. Bilirdik ki, rəqib mərkəzdə yaxşı çıxış edir. Onların zəif cəhətlərindən yararlanmağa çalışırdıq. Qol vurduqdan sonra müdafiəyə daha çox diqqət ayırmağı tapşırmamışdım. Müəyyən qədər yorğunluq da var idi. Bu oyun göstərdi ki, ilk qarşılaşmadakı gərginliyi üzərimizdən atmışıq”.