- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 – Latviya U-19 oyunundan sonra millimizin baş məşqçisi Təbriz Həsənov fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Hər iki komanda qələbə qazana bilərdi. Sonda qol vurmaq üçün həm bizim, həm də rəqibin şansı oldu. Rəqib futbolçular boy üstünlüyündən faydalanırdı. Birinci oyunlarda hər zaman həyəcan, gərginlik olur. Digər tərəfdən, futbolçularımız ilk dəfədir ki, belə turnirdə iştirak edirlər. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik”.