- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

İran pro liqasında 24-cü turun oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, Təbrizin “Traktor-Sazi” klubu “Fulad”la səfər görüşündə növbəti xal itkisinə məruz qalıb (0:0). 75-ci dəqiqədən etibarən “qırmızılar” azlıqda qalıblar.
Bu şəhərin digər komandası “Göstəriş” evdə eyni hesabla “Səba Batteri” heç-heçə edib. Yarış cədvəlinin alt qatında yer alan “Maşınsazi” Təbrizdə “Sənət-Naft”ı məyus edib – 1:0.
16 komandanın yer aldığı çempionatda “Traktorsazi” 46 xalla 2-cidir. “Göstəriş” 9-cu (31), “Maşınsazi” 16-cıdır (16).