- Baxış sayı: 25
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 44
- Noyabr 21, 2024
- 0
“Polşa çempionatında mübarizə aparmaq çətindir. Burada hər şey var. Mübarizə aparmadan nəsə etmək çətindir. Bütün komandalar yaxşı müdafiə olunur, yaxşı da hücuma çıxırlar. Qələbə qazanmaq çox çətindir”.
Allsport.az xəbrə verir ki, bu sözləri millimizin “Legiya”da çıxış edən üzvü Mahir Əmrəli deyib. O, Polşa çempionatının 10-cu turunda “Lexiya”ya uduzduqları matçdan (1:3) sonra komandasının çıxışı haqqında danışıb:
“Məğlubiyyətin səbəbini bilmirəm. Həqiqətən, çətindir. Məyus və qəzəbliyəm. Oturub oyunu təhlil etməli, səhvlərimizə baxmalı və çalışmalıyıq. Başqa nə deyə bilərəm ki? Polşa çempionatını qazanmaq çox çətin olacaq. Dediyim kimi, liqanın səviyyəsi yüksəkdir və hər oyun təzyiqlə keçir. Hər şeydən əvvəl onu demək istəyirəm ki, fərdi mükafatlar haqda düşünmürəm. Tək düşüncəm çempionluqdur. Bombardir olsam, xoşbəxt olaram. Amma çempion ola bilməyəcəyiksə, bombardirliyin elə də əhəmiyyəti yoxdur”.
Mahir “Legiya” ilə 18 oyunda 10 qol vurub.