“Təkcə Argentina üçün deyil, hamı üçün vacibdir”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin gələcəyi ilə bağlı danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında açıqlama verib:

“Argentinalılar Messinin təqaüdə çıxacağı günü düşünəndə hədsiz dərəcədə kədərlənirlər. O, hələ də oynayır, ona görə də indi etdiyi işdən həzz almalıyıq.

Bu, təkcə Argentina üçün deyil, hamı üçün vacibdir, çünki sonda Messi futbolu sevən hər kəs üçün oynayır”ş.

Həmin kateqoriyadan