“Təmiz qolumuzu saymadılar”

Bu gün “Turan Tovuz” premyer liqanın 10-cu turunda evdə “Qarabağ”la sülh bağladı (2:2). Allsport.az saytı xəbər verir ki, görüşdən sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov bunu söylədi:

“Bizə də öz meydanımızda axşam saatlarında oynamaq qismət oldu. Klub olmaq istəyiriksə, hər şəraitə malik olmalıyıq.

Matça yaxşı başlaasaq da, sonradan toparlandıq. Təmiz qolumuzu saymadılar. Çox təəssüf ki, top havada olarkən fit çalındı. Heç anlamadım. Ola bilər bu, hakimlərin gənc olmasından ibarətdir.

Çempionatda VAR sistemi varsa, mübahisəli vəziyyətə baxılmalı idi. Hakimlər diqqətli olmalıdırlar”.

Həmin kateqoriyadan