- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Ölkə çempionatının 29-cu turunda keçirilən “Sumqayıt” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında danışıb. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssisin 3 xalın əldən verdiklərinə təəssüflənib:
“Bu gün qələbəyə rəqibdən daha yaxın idik. İlk yarıda qol vurmaq imkanımız olsa da, boş qapıya düşə bilmədik. Futbolçulara baxanda üzülürəm. Onlar gözlərində yaş, hakimlərin belə hörmətsizliyini başa düşə bilmirlər.
Bu çempionatda 10-a yaxın belə matç saymaq olar. Başa düşürəm ki, futbolda hər şey olar. Lakin bu, sistematik olaraq təkrarlana bilməz. Futbolçuların durumunu sözlə ifadə etmək çətindir. Xal itirməyimizin bütün səbəblərini hakimliklə izah etməzdim.
Futbolçuların psixoloji durumunu da nəzərə almalıyıq. Gənclərdən danışmıram, çünki hətta təcrübəli Aleksey Qay da baş verənlərdən şokdadır. Futbolçulara həqiqətən də çətindir. Tənqidi öz üzərimə götürməyə, sinəmi futbolçuların qarşısına verməyə hazıram. Əvəzedici heyətdən oyunçuları məşqlərə cəlb edib, yoxlayırıq”.