- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sonuncu görüşdə “Keşlə” rəqib meydanında “Şüvəlan”ı 3:0 hesabı ilə məğlub edib “Qarabağ”a rəqib olub. Matçdan sonra hər 2 komandanın baş məşqçisi fikrini bölüşüb.
Tərlan Əhmədov (“Keşlə”): “1/8 final mərhələsi 1 oyundan ibarətidr. Bu gün 1-ci divizion klubu “Şüvəlan” ilə üz-üzə gəldik. Buna baxmayaraq, 1-ci hissədə çətinlik çəkirdik, qol vura bilmirdik. 2-ci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq. Aqil Nəbiyev “Şüvəlan”da yaxşı kollektiv qura bilib, bu səbəbdən onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldur”.
Aqil Nəbiyev (“Şüvəlan”): “İki fərqli hissə oldu. İlk hissədə xarakter nümayiş etdirdik. İkinci hissənin əvvəlində isə uğursuz bir epizod oldu və hesabda geri düşdük. Bundan sonrakı hadisələrdə əleyhimizə işlədi. Açığı, bizim komandanın əsasını gənc futbolçular təşkil edir. Geniş heyətimiz yoxdur, qarşıda çempionat oyunu gəlir. Bütün bunları nəzərə alsaq, ilk hissədəki əzmkarlıq məni razı saldı. Bu gün həqiqətən də Premyer Liqa ilə I Divizion arasında fərq var”.