- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0
Premyer liqanın 14-cü turunda rəqib meydanında “Qarabağ”a 0:1 uduzan “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyun sonrası mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, o, jurnalistlərlə görüşdə bunu deyib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Komandamızı sonadək dəstəklədilər. İki fərqli hissə oldu. Birinci yarıda rəqib bizi sıxdı. Bu üzdən müdafiəyə çəkildik.
İkinci hissədə oyunda üstün tərəf idik. İstədiyimizi böyük ölçüdə gerçəkləşdirə bilmədik. “Qarabağ”a çempionlar liqasında uğurlar arzulayıram.”