- Baxış sayı: 28
- 27 Noyabr 2024 15:55
- Baxış sayı: 37
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqanın 17-ci turunda “Zirə” ilə oyun sonrası mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, çətin rəqiblə görüşdə xal itirdiklərini deyib:
“Komandanın oyunundan çox razı qaldım. Bu gün həm istəkli idik, həm də keçən qarşılaşmalarla müqayisədə topa daha çox sahib çıxdıq. Sürətli hücumlar qurduq, amma hücum edən tərəf həmişə top buraxır.
Nə qədər hücum futbolu oynasaq da, rəqibin bizi əks hücumda tuta biləcəyi ilə bağlı xəbərdarlıqlar etsək də, yenə də qol buraxmaq qaçılmaz oldu. Bu gün 1 xal qazanmadıq, 2 xal itirdik”.