- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov komandasının mövsümün ikinci yarısına hazırlığı ilə bağlı danışıb Allsport.az xəbər verir ki, o, hazırlığın Türkiyənin Antlya şəhərində keçiriləcək mərhələsindən çox şey gözlədiyini deyib:
“Yaranmış qısa fasilədən sonra futbolçularda geriləmə var. Futbolçuların daha istəkli, aqressiv olması və funksional hazırlığı önəmlidir. Çünki bizi 18 turluq ağır çempionat gözləyir. Bütün komandalar heyətlərini gücləndirir. Bəzilərində məşqçi dəyişiklikləri oldu. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışacaq”.
“Kəpəz” sabah Türkiyəyə yollanacaq. Gəncə təmsilçisi burada “MTK Budapeşt” (Macarıstan – 14 yanvar), “Novi Pazar” (Serbiya – 16 yanvar) və “Kaysar”la (Qazaxıstan – 18 yanvar) yoxlama görüşlərində qarşılaşacaq.