- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 56
- Dekabr 05, 2025
- 0

“Kəpəz” premyer liqasının 20-ci turunda səfərdə digər autsayder “Səbail”ə 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, oyundan sonra Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov hakim idarəçiliyindən gileylənib:
“Yaxşı görüş oldu, hər 2 komanda sonadək mübarizə apardı. Amma narazı qaldığım məqamlar var. Eyni epizodda görüşün baş hakimi bizə sarı vərəqə verir, amma rəqibə yox. Bu, istər-istəməz futbolçulara təsir edir.
Sonadək geri çəkilməyəcəyik. Yola davam edirik. Yeni transferlər gücümüzə güc qatacaq. Zədəlilər də sıraya döndükdən sonra, yaxşı nəticələrə inanıram”.