- Baxış sayı: 32
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 114
- Noyabr 25, 2024
- 0
AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, şüvəlanlıların çalışdırıcısı 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
“İlk növbədə “Zirə”ni təbrik edirəm. Maraqlı oyun alındı, komandamın sərgilədiyi futboldan zövq aldım. Qeyd etməliyəm ki, zədəli futbolçularımız çoxdur. Düşünürəm ki, öz səhvlərimizdən qollar buraxdıq. Lakin azlıqda qalmağımıza baxmayaraq, qol vurmağımız məni sevindirdi. Oyunu unudub, çempionata köklənməliyik. Çünki bizi qarşıda 4 çətin oyun gözləyir. Bu oyundakı səhvləri qarşıdakı görüşlərdə təkrarlamamağa çalışacağıq.
Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa, üstünlük prinsipi mənim nəyimə lazımdır? Gəncədə Fariz Yusifov istədiyini etdi, oyundankənar vəziyyətdən bizə qol vurdular. Mən oyundan öncə hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin. Misal üçün “Sumqayıt”la oyunda qapımıza penalti verdilər, etiraz etmədim”.