- Baxış sayı: 207
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 207
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 15-ci turunda “Səbail”i qəbul edən “Keşlə” meydanı 0:3 yenik tərk edib. Allsport.az saytı xəbər verir ki, oyun sonra meydan sahibinin baş məşqçisi Tərlan Əhmədov bunu deyib:
“Rəqibə hədiyyə etdik. Mənim üçün də gözlənilməz oldu. Slavik Alxasov və Nikola Mitroviçin olmaması meydanda özünü göstərdi. Çalışacağıq oyunumuzu düzəldək. Hazırlıq keçən komandadan bu gün əsər-əlamət yox idi.
Futbolda belə şeylər baş verir. İlk oyunda bunun olması daha yaxşıdır. Sonda belə hal bizi daha pis vəziyyətə qoya bilərdi. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq. Oyundan-oyuna komandamızı görəcəksiniz”.