- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0
“Neftçi” klubu ölkə kubokunun 1/4 finalının ilk görüşündə rəqib meydanında “Zirə”yə kiçik hesabla uduzub. Allsport.az saytı xəbər verir ki, oyunda sonra mətbuat konfransında flaqmanın baş məşqçisi Tərlan Əhmədov yenilgini belə şərh edib:
“Komandamız, demək olar, 90 dəqiqə ərzində topa nəzarət etməyi bacardı. Hücumda oynadıq, təzyiq göstərdik ki, rəqib meydanın özünə aid hissəsindən çıxa bilməsin, amma bir qolumuz çatmadı.
“Zirə” əks-hücumlarda oynayırdı, qol vurandan sonra isə daha müdafiəyə qapandı ki, bu da istədiyimizi almağa mane oldu. Bununla belə, cütün taleyi cavab oyununda həll olunacaq”.