- Baxış sayı: 20
- 27 Noyabr 2024 17:16
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi” klubunun baş məşqçisi Tərlan Əhmədov premyer liqanın 16-cı turun “Sumqayıt”la oyun sonrası mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis 0:2 uduzduqları görüş barədə bunu deyib:
“Oyuna pis başlamamışdıq, amma iki səhv matçın taleyini həll etdi. Təkrara baxanlar mənə dedilər ki, həmin epizodda penaltidən söhbət gedə bilməzdi. Amma artıq olub keçib. Sumqayıta 4-cü yer uğrunda mübarizədə 3 xal qazanmaq üçün gəlmişdik.
İlk hissə ilə müqayisədə komanda ikinci hissədə daha yaxşı təsir bağışladı. Məğlub olduq, buna səbəbkar da mənəm. Görünür, komandanı oyuna həddindən artıq kökləmişdik ki, bu da səhvlərə gətirib çıxardı. Avroliqaya vəsiqə qazanmaq şansımızı itirməmişik. Əminəm ki, bu komanda öz sözünü deyəcək. Oyundan oyuna daha yaxşı çıxış edəcəyik”.