Tərlan Əhmədov: “Məşqçi rəqib futbolçuya qarşı aqressiv ola bilməz”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyunun ağır keçəcəyini hiss edirdik, amma qələbə üçün oynamalı idik. “İnter”ə məğlubiyyətdən sonra futbolçulara demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız. Qələbəyə, mübarizəyə görə futbolçulara təşəkkür edirəm. Açığı, oyunboyu səhvsiz mübarizə apardıq. Sadəcə, hücumda bir qədər problemlərimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir, zədəlilərimiz var.

Həmişə demişəm ki, futbol aqressiv oyundur. Amma mən heç vaxt rəqib futbolçuların nə etdiyinə diqqət etməmişəm. Məşqçi olan şəxs rəqibin futbolçusuna qarşı aqressiv ola bilməz. “Sumqayıt”ın baş məşqçisi Samir Abasova da məsləhətim odur ki, gələcəkdə rəqib futbolçulara hörmətlə yanaşsın”.

Həmin kateqoriyadan