- Baxış sayı: 21
- 25 Noyabr 2024 15:12
- Baxış sayı: 20
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 7-ci turu AzAL üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, komanda cari mövsümdə ilk qələbəsini bu gün “Rəvan” üzərində qazanıb (1:0). Görüşdən sonra ev sahibinin baş məşqçisi Tərlan Əhmədov bunu deyib: “Oyunun ağır olacağını bilirdim. Biz son pillədə, rəqib bizdən 1 pillə öndə qərarlaşmışdı.
Hazırda “Rəvan”da çıxış edən iki oyunçu hazırlığı bizimlə birgə keçmişdi. Heyətimizdə problemlər olsa da, bizim üçün vacib məsələ 3 xal qazanmaq idi. Qələbədən sonra hər oyuna motivasiya yüksək olur.
Hakim hər epizoda görə sarı vərəqə verdi.
Bizim maddi durumumuz yaxşı deyil. Sarı vərəqələrə görə isə cərimələnəcəyik. Çox istərdik ki, adi epizodlarda sarı vərəqə verilməsin. Bu durum həm bizə, həm də oyunçulara problem yaradır. Neçə aydır ki, maaş verə bilmirik. 7 aydır ki, analoji problem mövcuddur”.