- Baxış sayı: 34
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 103
- Fevral 06, 2026
- 0

Bu gün “Kəpəz” premyer liqanın 23-cü turunda evdə “Şamaxı” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, autsayderlərin qarşıdurmasında Gəncə klubu qalib ayrılıb – 3:2. Matçdan sonra “sarı-göylər”in baş məşqçisi Tərlan Əhmədov bunu deyib:
“Əzmkar mübarizə apardıq, sona qədər oynadıq. Azarkeşlər də dəstək verdilər. Evdə “12-ci oyunçu” şərtdir və bizim üçün vacib amildir. Klubun idarə heyətinin sədri İlqar Nadiri komandanın arxasındadır, bizə inanır. O ki qaldı son zaman yayılan söz-söhbətə, bunlar ilk gündən olub, var və olacaq. Mən başımı aşağı salıb işimlə məşğulam. “Səbail”ə qalib gələndə də bəzi öyrədilmiş azarkeşlər “istefa” qışqırırdılar.
Qarşıma qoyulan vəzifə “Kəpəz”i premler liqada saxlamaqdır. Komandanın heç nəyi yozdur. Kimsə fikirləşməsin ki, ideal şəraitdə çaılışırıq. Açığı, mən çətin durumda çalışaraq klubu son yerlərdən yuxarı qaldırmağa öyrəşmişəm”.