- Baxış sayı: 197
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 197
- Dekabr 05, 2025
- 0

“Keşlə” premyer liqanın 20-ci turunda öz meydanında “Qarabağ”a 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “qırmızılar”ın baş məşqçisi Tərlan Əhmədov bunu söyləyib:
“Maraqlı bir oyun izlədik. “Qarabağ”ı layiqli qələbə münasibəti ilə təbrik edirəm. Bu gün əsas heyətin 3 futbolçusu oyunu buraxırdı.
Buna baxmayaraq, onların əvəzinə meydana çıxan oyunçuların çıxışından razı qaldım. Getdikcə oyunlar daha da ağırlaşır. Bu qarşılaşmadakı səhvlərdən nəticə çıxarmaq istəyirik”.