- Baxış sayı: 12
- 25 Noyabr 2024 20:27
- Baxış sayı: 66
- Noyabr 25, 2024
- 0
Bu gün “Səbail” premyer liqanın 12-ci turunda evdə “Turan Tovuz”a 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev bunu deyib:
“Çox gərgin, dramatik oyun idi. Komanda xarakter göstərdi. Nəticə ikinci plandadır. Əsas futbolçular sağlam olsun. İlk yarıda oyun “Turan Tovuz”un, ikinci hissə bizim tərəfimizdə idi. İlk yarıda futbolçular panikadaydı, ritmdən düşmüşdülər.
Fasilədə sakit formada danışdıq. Bunu bacardıq. Beyin sakitləşəndən sonra bədən istədiyini edə bilir. Fasilədən sonra çox yaxşı oynadıq. Rəqib də yaxşı oynadı. Gözləməzdim ki, ilk yarıda belə aqressiv olarlar. Onlara uğurlar arzulayıram. Komandama təşəkkür edirəm ki, döyüşdülər, özlərində güc tapdılar. Bir çox qol epizodlarımız da var idi.
Təsadüfən yox, layiqli qələbə qazandıq. 12-ci turdur ki, hər oyunda qol vurmağa çalışırıq. Hücumda çoxluq varsa, müdafiədə azlıqda qalmağa məhkumuq. Çox qol buraxmağımız da bununla bağlıdır”.