“Bakı – Xankəndi” üçün yenə toplaşdılar

Aprelin 4-də beynəlxalq velosipedçilər ittifaqının (UCİ) 2.1 kateqoriyalı “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilat komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda yarışa hazırlıq işlərinin vəziyyəti ətraflı müzakirə olunub.

Təşkilat komitəsinin sədri, Azərbaycan velosiped idmanı federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, bu mötəbər beynəlxalq yarışın uğurla keçirilməsi üçün zəruri olan bütün tədbirlər görülür.

İclasda logistika məsələləri, marşrutlar üzrə yolların texniki vəziyyəti, təhlükəsizlik tədbirləri, viza təminatı, komandaların qarşılanması və yerləşdirilməsi, onların asudə vaxtlarının təşkili, ölkəmizin görməli yerləri və 4-cü və 5-ci mərhələlərinin keçəcəyi işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri ilə bağlı məlumatların yarış iştirakçılarına çatdırılmasıdır.

Bundan savayı, “Eurosport” və “CBC Sport” telekanalları ilə yüksək səviyyəli yayımın təşkili, həmçinin yarış günlərində operativ idarəetmə ilə bağlı məsələlər ətraflı müzakirə edilib, koordinasiyanın gücləndirilməsi, işlərin vaxtında və yüksək səviyyədə tamamlanması üçün əlavə tapşırıqlar verilib.

Həmin kateqoriyadan