- Baxış sayı: 80
- 05 Noyabr 2026 12:51
- Baxış sayı: 302
- Noyabr 09, 2026
- 0

Azərbaycan velosiped idmanı federasiyası 10-14 may 2026-cı il tarixlərində keçiriləcək “Bakı – Xankəndi” Azərbaycan velosiped yarışının rəsmi rəmzinin hazırlanması ilə bağlı müsabiqə elan edir.
Allsport.az saytı xəbər verir ki, AVİF tərəfindən yarışın maskotu kimi milli-mənəvi dəyərlərimizi, güc və dözümlülüyü əks etdirən Qarabağ atı seçilib.
Müsabiqənin məqsədi Qarabağ atı obrazını müasir tərtibat yanaşması ilə təqdim edən, velosiped idmanının inkişafı sürətini və Azərbaycanın mədəni irsini özündə birləşdirən yaddaqalan rəmzin yaradılmasıdır.