- Baxış sayı: 20
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov, premyer liqanın 3-cü turunda “Qarabağ”la təxirə salınmış oyun barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
“Bu gün möhtəşəm gün idi. Zəfər bayramımızın ikinci il dönümünü, eləcə də Bayraq gününü qeyd edirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Tovuzlu azarkeşlər üçün bayram idi. Çünki “Qarabağ”ın gəlişini çoxları səbirsizliklə gözləyirdi.
Hər 2 komandanın azarkeşləri gözəl atmosfer yaratmışdılar. Oyuna gəldikdə, xal ehtiyatımızı artırmaq istəyirdik. Amma heyətdə ciddi itkilərimiz var idi. Gənc futbolçular üçün “Qarabağ”a qarşı oynamaq fürsət idi. Diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik. Təslim olmaq fikrimiz yoxdur”.