- Baxış sayı: 34
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 103
- Fevral 06, 2026
- 0

Bu gün premyer liqada XVIII turun bir oyunu keçirilib. Allsport.az xəbər verir ki, ötən gündən təxirə salınmış matçda “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 3:1 qələbəsi ilə yekunlaşıb.
Saat 12:00-da başlanan görüş 81-ci dəqiqədən davam edib. 89-cu dəqiqədə Ayxan Huseynov fərqlənib. “Göylər” bu nəticədən sonra xallarının sayını 22-ə çatdırıb və “Sabah”la birlikdə 6-7-ci yerləri bölüşdürür. Naxçıvan klubu 26 xalla 5-cidir.
Xatırladaq ki, matç ötən gün işıq dirəklərinin birinin aşması nəticəsində təxirə salınmışdı.