- Baxış sayı: 82
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Azərbaycan premyer liqasında 2 oyunun VAR təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, bu gün keçiriləcək görüşlərdə VAR-da oturacaq referilər bilinib.
“Səbail” – “Zirə” matçında İnqilab Məmmədov bu işi yerinə yetirəcək. Qarşılaşmanın AVAR-ı Zeynal Zeynalovdu.
“Kəpəz”lə “Turan Tovuz” arasında qərb derbisində isə Kamal Umudlu VAR, Vüsal Məmmədov AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, paytaxt klublarının dueli saat 15:00-da, qərb derbisi isə 17:30-da başlayacaq.