- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Premyer liqanın 27-ci turunda “Kəpəz”lə qarşılaşan AzAL klubu öz meydanında 1:2 hesabı ilə məğlub olub. Allsport.az saytı xəbər verir ki, bu yenilgi paytaxt təmsilçisinin tarixinə mənfi mənada yubiley kimi düşüb.
“Təyyarəçilər” ev oyunlarında 50-ci dəfə məğlub olub. Bu qarşılaşmayadək 49 dəfə öz meydanında uduzan AzAL mövsümün son ev oyununda 100-ü yarılayıb.
2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən komanda öz meydanında ümumilikdə 180 oyun keçirib. 82 qələbə və 48 heç-heçəsi olan paytaxt klubu 231 qol vurub, 160-nı buraxıb.