- Baxış sayı: 42
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Taekvondo üzrə Türkiyə yığması “Bakı-2015” birinci Avropa Oyunlarında tam heyətlə iştirak etmək hüququ əldə edib. Allsport.az xəbər verir ki, bu barədə məlumat verən Türkiyə Taekvondo Federasiyasının prezidenti Metin Şahin deyib:
“Apreldə müəyyənləşən reytinqə əsasən, “Bakı-2015”ə səkkiz idmançı ilə qatılacağıq. Olimpiya çəki dərəcələrinin səkkizində də Avropa ölkələri arasında ilk 14-lükdə yer aldığımıza görə bu hüquqa yiyələnmişik. İdmançılarımız iştirak etdikləri yarışlarda əldə etdikləri xallara əsasən buna nail olublar. Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacağıq”.
Federasiyanın prezidenti beynəlxalq yarışlarda yüksək yerlər qazanmış Görkeç Sezer (58 kq), Servet Tazegül (68), Yunus Sarı (80 kq), Ali Sarı (80 kq-dan yuxarı), Rukiye Yıldırım (49 kq), Hatice Kübra Yangın (57 kq), Nur Tatar (67 kq) və Furkan Asena Aydının (67 kq-dan yuxarı) komandada yer aldığını qeyd edib.
Avropa Oyunlarının taekvondo yarışları iyunun 16-dan 19-na kimi təşkil ediləcək. Yarışlarda hər ölkə dörd qadın və dörd kişi idmançı ilə təmsil olunacaq.