- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl çempionlar liqasının “C” qrupunda “Roma” klunu ilə oyunundan sonra jurnalistlərə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, komanda rəsmisi 1:2 hesablı yenilgiyə belə şərh verib:
“Hava soyuq olsa da, arenada möhtəşəm bir enerji var idi. 55 mindən çox azarkeş izləyirdi. Təəsüf ki, ilk dəqiqələrdə buraxdığımız səhvlər bizə baha başa gəldi. Rəqib də nəhəng komandadır. Səhvlərimizi bağışlamadı. Düşünürəm ki, biz qol vurduqdan sonra oyun tam dəyişdi, rəqib çəkindi.
Bu gün mübarizə aparan, döyüşən, qeyrətli bir komanda gördüm meydanda. Klubu güclü edən onun ruhudur. Bizi təkcə 55 min azarkeş deyil, televiziyada, internetdə milyonlarla adam izləyirdi. Bura çempionlar liqası, “nəhənglər”ın meydanıdır. Avropa liqası da deyil. Təəssüflər ki, alınmadı, ancaq biz buranı qürur hissi ilə tərk edirik”.