Tahir Gözəl: Bu dəfə çempionlar liqasının qrupuna düşmək istəyirik

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan kubokunun finalında “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, qazanıla qələbənin tarixi nəticə olduğunu deyib:

Oyun  gərgin başladı. Hər iki komanda başabaş mübarizə apardı. “Qarabağ”ı dəstəkləmək üçün bura gələn azarkeşlərimizi təbrik edirəm. Naxçıvan əhalisinin dəstəyi, ab-hava əla idi. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığımı bildirirəm.

Oyunun ikinci hissəsində temp yüksəldi. Komandamızın ikinci qolundan sonra rahatlaşdım. Hesab edirəm ki, “Qarabağ” bu gün tarix yazdı. Azərbaycanda ilk dəfədir ki, bir komanda ardıcıl 3 mövsüm “qızıl dubl” edir. Bu, böyük bir tarixdir, nailiyyətdir”.

Vitse-prezident bundan sonrakı hədəfimizin çempionlar liqasında uğurlu iştirak olduğunu bildirib: “Üç dəfə qapını döymüşük, alınmayıb. Həmişə də qapını döyəcəyik. Avropa qarşısında ciddi bir komanda görəcək. Baş məşqçimizə transfer seçimlərində uğurlar arzu edirəm. İnanıram ki, ən uğurlu oyunçuları seçəcək. Hədəfimiz Qarabağın adını idmanda sülhsevər kimi tanıtmaqdır”.

Həmin kateqoriyadan