- Baxış sayı: 31
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 145
- Noyabr 28, 2024
- 0
“Qarabağ”ın başqanı Tahir Gözəl son günlərdə Tovuz rayonunda erməni təxribatı nəticəsində şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaxınlarına isə başsağlığı verib. Allsport.az xəbər verir ki, o, klubun saytına açıqlamasında bunları söyləyib:
“İyulun 12-dən başlayaraq Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı başlamışdır. Lakin bu təxribata ordumuz düşmənin layiqli cavabını vermişdir və verməkdə də davam edir. Ordumuz tam ruh yüksəkliyi ilə düşmən qarşısında mərdanə dayanıb. Döyüşçülərimizin bu qəhrəmanlıqları bir zəfər kimi hər zaman yaddaşlarda qalacaq. Bu döyüşlər nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.
Biz də adını daşıdığımız klubun əhəmiyyətini yaxşı dərk edirik və bununla fəxr edirik. Hər zaman ilk məqsədimiz Qarabağ həqiqətlərini və erməni təxribatlarını dünyaya çatdırmaqdır. Və bu missiyanı davam etdirmək üçün hər zaman əlimizdən gələni edəcəyik. “Qarabağ” FK da bugün yaşıl meydanlarda bu həqiqəti aşılamaq üçün mücadilə aparır. Hər zaman dünyada sülhün bərqərar olması bizim ən böyük təmənnamızdı. İstənilən halda, biz dövlətimizə, prezidentimizə, ali baş komandamıza, ordumuza, xalqımıza güvənirik və yanındayıq.”