- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün “Qarabağ” carter reysi ilə Madridə uçdu. Allsport.az saytı xəbər verir ki, yolda komandanın vitse-prezidenti Tahir Gözəl təyyarənin arxa oturacaqlarında əyləşən KİV nümayəndələrinə yaxınlaşdı. Qısa sürən ayaqüstü söhbətdə türkiyəli iş adamı “Atletiko” ilə cavab matçı barədə belə dedi:
“Bizim üçün tarixi oyun olacaq. Təbii ki, nəticə də bizim üçün çox önəmlidir. Madridə oynamağa, əlimizdən gələni etməyə gedirik. İnşallah, xalla dönmək istəyirik. Arzumuz budur. Bakıda ilk dəqiqələrdən göstərdiyimiz oyunu orda təkrarlaya bilsək, xalla dönmək mümkündür.
Hamımız bilirik ki, “Qarabağ” Azərbaycan futbolu üçün zirvədir. Adama elə gəlir ki, bundan o yana heç nə yoxdur. Amma futbol dayanmır, inkişaf edir. Gənclərin üzərində işləməliyik.Böyük klublarla ayaqlaşmaq üçün özümüz istedadlı futbolçular yetişdirməliyik.
Əlbəttə, bura gəlmişiksə, qayıtmaq istəmirik. Bu illər Qarabağımız üçün siyasi cəhətdən həssas dövrdür. “Qarabağ”ın oyun keyfiyyəti ildən-ilə artır. Bu artım davam etməlidir. Amma öz səviyyəmizdə. Klubun maliyyələşməsində heç bir problem yoxdur. Dünyadakı bütün neft ölkələrində olduğu kimi, Azərbaycan da böyük çətinliklərdən keçdi. Şükürlər olsun, ölkəmiz bu mərhələni adladı. “Azərsun” holdinqi də o cümlədən.
Premyer liqada çempionluq yolunda əsas rəqib “Qəbələ”dir. Amma “Neftçi” də özünü doğrultmağa başlayıb. Çox güclü rəqib olmağa doğru gedir. Qurban Qurbanov yığmanın baş məşqçisi olsun, amma kluba heç vaxt zərər dəyməməlidir. “Qarabağ”a zərər vurmayacaq, əksinə, yardım edəcək, onu gücləndirəcək hər təklifə müsbət baxıram”.
Kamran HACI, Madrid