- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl klubun hazırkı durumuna aydınlıq gətirib. Allsport.az saytı xəbər verir ki, iş adamının sözünə görə, çətinliyə rəğmən komandanın büdcəsi sabitdir:
“Bizim heç bir maliyyə problemimiz yoxdur. Büdcəmiz stabildir. Neft zəngini olan ölkələrin çətinliyini Azərbaycan da yaşayır. Buna baxmayaraq, “Azərsun holding” böyük fədakarlıq edir. Ancaq Qarabağ adı bizə çox önəmlidir.
Cəbhədə indi də savaş var və hərdən-bir şəhid xəbərləri də gəlir. Ona görə məsuliyyətimizi bilirik və bugünlərdə “Qarabağ”ı yaşatmaq bizim üçün çox önəmlidir. Bunu sponsorumuz da bilir”