- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Çox gözəl, gərgin mübarizə oldu. Məncə, sürətli oyun idi, futbola doyduq”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Qəbələ” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. O, matç haqda bunu əlavə edib:
“Qarabağ”ın real qol şansları var idi, son dəqiqələrdə çox həyəcanlandıq. Nəticədən razıyıq. “Qarabağ” belə oyun keyfiyyətini davam etdirsə, inşallah, çempion olacağıq. Heç vaxt arxayınlaşmaq olmaz. Xüsusən də zəif rəqiblərə qarşı oyunlar çətin alınır, çünki futbolçularda rahatlıq yaranır.
Ona görə komandadan sona qədər mübarizə gözləyirəm. Son dəqiqələrdə Müarəmlə qola çox yaxınlaşdıq, amma alınmadı. Çox üzüldüm. Əgər qol olsaydı, möhtəşəm olacaqdı. Yenə deyirəm, “Qarabağ”dan razıyam”.