- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0
“Qarabağ” qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsini unutmayıb. Allsport.az saytı xəbər verir ki, hər zaman xüsusi məqamlara diqqətlə yanaşan Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl Xocalı faciəsinin ildönümüylə bağlı bu gün komandayla görüşüb.
Görüş Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra vitse-prezident həm Azərbaycan, həm də ingilis dillərində 26 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.