- Baxış sayı: 35
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 121
- Noyabr 25, 2024
- 0
Keçmiş FİFA referisi Tahir Süleymanov Azərbaycan kubokunun yarımfinalda “Neftçi” və “Qəbələ” arasında keçirilmiş ilk oyunun hakimliyini şərh edib. Allsport.az saytı xəbər verir ki, o, cəmdə referilərin işindən narazı qaldığını deyib. Azerisport.az-a açıqlamasında, mütəxəssis, Əliyar Ağayevin idarəçiliyi ilə bağlı bunu söyləyib:
“Yalnız bir oyun, bir epizod barədə danışmaq istəmirəm. Bu rüsvayçılıq artıq bir neçə ildir davam edir. Penalti epizodunu şərh etməkdə məna görmürəm. Hətta 10 yaşlı uşaq da orada qayda pozuntusunun olduğunu gördü. Ağayev bu sistemin qurbanıdır. Azərbaycanda hakim özbaşnalığı ilə üzləşməyən klub yoxdur. Matçın hakim-inspektoru Xaqani Məmmədov özü idi.
Bu proses də onun gözü qarşısında baş verdi. Hətta “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da özünü saxlaya bilmədi. O, komandasını müdafiə etmək istəyir. Bu xoşagəlməz prosesi neytrallaşdırmaq lazımdır. Mən kimisə istefa verməyə səsləmirəm. Amma hər kəs özünə hörmət etməlidir. Yalnız Əliyar Ağayevin üstünə düşmək də lazım deyil, çünki o, qurbandır. Özü də nə birinci, nə də sonuncu. Bu, onun səhvi deyildi. Belə səhv olmur”.