“Taktiki planda çox savadlı, fiziki anlamda isə qüvvətlidir”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk, yeni transfer Andrey Ştoqrin haqqında söz açıb. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis həmyerlisinin klubda vacib futbolçu olacağına inandığını deyib:

“İnanıram ki, Andrey komandamız üçün vacib fiqur olacaq. O, bir neçə mövqedə oynamağı bacaran universal və ağıllı futbolçudur. Ştoqrin həm hücumda, həm də müdafiədə eyni gücdə mübarizə apara bilir. Taktiki planda çox savadlı, fiziki anlamda isə qüvvətlidir. Ona ümidlərimiz böyükdür”.

Həmin kateqoriyadan