- Baxış sayı: 18
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

AFFA və “Neftçi”nin keçmiş mətbuat xidmətinin rəhbəri Məzahir Süleymanzadə vəfat edib. Allsport.az saytı xəbər verir ki, “Fəxri bədən tərbiyəsi və idman işçisi” 69 yaşında dünyasını dəyişib.
O, 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan “Səhər” qəzetini təsis edib. Çoxsaylı kitablar müəllifidir. Həmkarımız 1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” mükafatlarına layiq görülüb.
1989-cu ildə Azərbaycan SSR ali sovetinin Fəxri fərmanı ilə təltif olunub. O, 2005-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!