- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.
Allsport.az xəbər verir ki, bu, premyer liqanın XXV turuna təsadüf edib.
Bakı klubu “Qarabağ”la görüşdə 1:4 hesabı ilə uduzub. “Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.
“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.