- Baxış sayı: 24
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 95
- Dekabr 05, 2025
- 0

Mərakeş millisinin müdafiəçisi Nuhayla Benzina Dünya Kubokunda hicablı oyuna çıxan ilk qadın olub. Allsport.az saytı xəbər verir ki, o, qrup mərhələsinin 2-ci turunun Cənubi Koreya millisi ilə matçının ilk dəqiqələrindən meydana daxil olub və sarı vərəqə alıb.
Görüş Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bundan əvvəl FİFA oyunçulara matçlarda dini məqsədlər üçün baş örütüyü taxmağı yasaqlamışdı. Qadağa 2014-cü ildə götürülüb. Qərara baxmayaraq, Fransada hicab hələ də qadağandır.
Adı çəkilən dövlət hesab edir ki, bu qərar ona “futbolun əsasını təşkil edən respublika və vətəndaş dəyərlərini və ayrı-seçkiliyin bütün formaları ilə mübarizə və gender bərabərliyini təşviq etmək üçün tam öhdəliyi bir daha təsdiqləmək” imkanı verir.
Dünya çempionatı iyulun 20-dən avqustun 20-dək Yeni Zelandiya və Avstraliyada keçirilir.