Tarverdi Əliyevin 86-cı illiyinə həsr olunmuş yarış

Gənclər və idman nazirliyi, ekologiya və təbii sərvətlər nazirliyi, Azərbaycan atletika federasiyası və “Zəfər” qaçış klubunun birgə təşkilatçılığı ilə kütləvi qaçış tədbiri keçirilib.

Allsport.az xəbər verir ki, Böyükşor bulvarında təşkil olunan və atlet Tarverdi Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan yarışda 160 iştirakçı mübarizə aparıb. Yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Böyük Britaniya, İran, Çin, Ukrayna, Qazaxıstan təmsilçiləri 12 km məsafəyə qaçışda müxtəlif kateqoriyalarda qalibləri müəyyən ediblər. Ümumi kateqoriyada kişilər arasında Samir Hüseynov yarışın qalibi olub. Qadınlarda isə Natalya Valek fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyalarında isə kişilərdə müvafiq olaraq Elşad Nəsibov, Yadigar Hüseynov, Tapdıq Dadaşov, qadınlarda İrina Xəlilova və Alyona Süleymanova fərqləniblər.

Həmin kateqoriyadan